İraqda ABŞ əsgərlərinin olduğu aeroporta raket hücumu edilib

İraqda ABŞ əsgərlərinin olduğu Ərbil hava limanına 14 raket hücumu edilib.
“TRT Haber” ABŞ təhlükəsizlik mənbələrinə istinadən məlumat verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Yaralılardan biri ABŞ əsgəridir.
Bu raketlərdən 10-u ABŞ əsgərlərinin olduğu yerin xaricinə, 4-ü daxilinə düşüb.
ABŞ Xarici İşlər naziri Antoni Blinken Ərbildəki raket hücumları ilə əlaqədar yazılı açıqlama verib və hücumdan “qəzəbləndiklərini” bildirib.
Faktla bağlı istintaq başladılıb.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: