Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.
Səfirlikdən Globall.az-a verilən məlumata görə, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Hələlik “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində 6 nəfər həyatını itirib, 225 yaralı var.
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: