Bakıda özünü 20-ci mərtəbədən atan 20 yaşlı qız avtomobilin üzərinə düşüb
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Report-un xəbərinə görə, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Oxunub: 442
Xəbəri paylaş
Paylaş: