Qarabağda 9 min erməni əsgəri yaralanıb - RƏSMİ

2020-ci ilin payızında Dağlıq Qarabağda baş verən döyüş əməliyyatları zamanı 9 mindən çox insan yaralanıb, itkin düşənlərin axtarışı davam edir.
Erməni KİV-i bu barədə Ermənistanın baş prokurorluğuna istinadən məlumat yayıb.
"Gedən döyüş əməliyyatları nəticəsində 9 min 094 nəfər yaralanıb, onlar müxtəlif dərəcəli xəsarətlər alıblar", - deyə prokurorluğun məlumatında bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, ki, həlak olanların dəqiq sayı məlum deyil, çünki meyitlərin identifikasiyası prosesi davam edir, itkin düşmüş şəxslərin axtarışı aparılır. “Təkcə 2020-ci ildə 3 389 hərbçinin cəsədi müəyyən edilib", - deyə prokurorluqdan vurğulayıblar.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: