“Zəngəzuru da itirəcəyik, İran yoluna da Azərbaycan nəzarət edir”- Saakyan
“Belə davam edərsə,bu templə gedərsə, biz Zəngəzuru da itirəcəyik. Artıq hakimiyyət deyir ki, ərazidəki bəzi yollar Azərbaycan ərazisindən keçir. Daha dəqiq desək, bizim üçün vacib olan, İran istiqamətdəki əraziyə Azərbaycan nəzarət edir”.
Turkistan xəbər verir ki, bunu sabiq deputat, Ermənistan Respublika Partiyasının sədri Ovanes Saakyan deyib.
O bildirib ki, ölkəsi kompromusdən danışanda belə nəticəni nəzərdə tutmayıb:
“Biz kompromisdən danışanda Qarabağın statusu, Laçın və Kəlbəcərdə yollara nəzarətdən danışırdıq. Ərazilərin itirilməsindən danışmırdıq. Ancaq bu gün bu baş verir. Bu siyasətçilərin fikrincə, biz Füzulidə, Cəbrayılda heç bir iş görməməli idik. Axı orada bizim əsgərlər dayanmışdı, necə orada iş görməməydik?”
Sabiq deputat Baş nazir Nikol Paşinyanın Şuşa barədə “Ora boz şəhər idi” fikirlərini xatırladaraq “Amma ora Xankəndidən daha çox investisiya yatırılırdı”,- deyib.
Oxunub: 230
Xəbəri paylaş
Paylaş: