ABŞ Səudiyyə Ərəbistanında ehtiyat baza axtarır -
İranla müharibə variantı üçün
ABŞ-ınSəudiyyə Ərəbistanında (SƏ) dislokasiya olunmuş ordu hissələri İranla birbaşa qarşıdurma olacağı təqdirdə «açıq hədəf»ə çevrilmsin deyə, Amerika hərbçiləri bu ölkədə ehtiyat baza yaradılması məsələsinə baxırlar.
Bu barədə fevralın 18-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) yüksək çinli generalı bəyan edib. Xəbəri «Frans-Press» agentliyi yayıb.
“Biz yerləşmək üçün (Səudiyyə Ərəbistanında) yeni yer axtarmırıq. Mən bunu aydınlaşdırmaq istəyirəm” - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının başçısı Kennet Makkenzi qeyd edib. Qeyd edək ki, Yaxın Şərq onun məsuliyyət zonasına daxildir.
«İndiki bazaları bağlamadan biz nə etmək istərdik? Yüksək riskli dövrdə digər bazaya keçmək üçün imkan əldə etmək» - deyə, o, izah edib.
Komandanın sözlərinə görə, istənilən ağlı başında hərbçi-planlaşdırıcı belə etmək istəyər ki, öz çevikliyini yüksəltin və düşmən üçün mürəkkəb şərait yaratsın.
«The Wall Street Journal» nəşri bundan əvvəl Pentaqonun SƏ-nın qərbində yeni limanlar və aviabazalar yaratmaq planlarından xəbər verib. Amerkalılar İranla müharibə olacağı təqdirdə, bu məntəqələrdən dayaq nöqtələri kimi istifadə etməyi planlayırlar.
İlin sonunda ABŞ Hərbi-Dəniz Qüvvələri (HDQ) bölgəyə «USS Nimitz» aviadaşıyıcısını göndərib. Eyni zamanda, İranı «dayandırmaq missiyası» çərçivəsində Yaxın Şərq üzərində nümayişkəranə şəkildə strateji bombardmançılarn (B-52) uçuşları həyata keçirilib. Bu təyyarələr nüvə silahı daşımaq qabiliyyətnə malikdirlər./«AFR»