"Havalar isindikcə koronavirusun aktivliyi azalacaq"-
Amerikalı alimlərdən nikbin proqnoz
Temperatur artdıqca COVID-19 aktivliyini azaldır. “MedicForum” saytı xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.
“SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: "Yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun".
Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər: "Ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi yoluxma sürətini təxminən 4 faiz artırır".