Türkiyə PUA-sı rekorda imza atdı -
24 saat 34 dəqiqə havada qalaraq 4040 km qət etdi
Bu gün “Bayraktar TB2” 300 min saatlıq uçuş vəzifəsini icra edərək Türkiyə milli havaçılıq tarixinin havada ən uzun qalma rekordunu təzələyib.
“Bayraktar TB2” Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi “Baykar Makina” şirkəti tərəfindən istehal edilir.
2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxmış və 05-06 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət etmiş və 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirib.
“Bayraktar TB2” 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pəncə” əməliyyatlarında, Suriyadakı vətəndaş müharibəsində və ikinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə edilib. Bu sistemdən Türkiyə Ordusundan başqa Azərbaycan, Qətər və Ukrayna orduları da istifadə edir.