Məmmədyarov və Mnatsakanyan Cenevrədə görüşəcək -
Tərəflər Qarabag munaqişəsini muzakirə edəcək
Yanvarın 29-30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında danışıqlar Cenevrədə baş tutacaq.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlər keçirəcək. Sonra həmsədrlərin vasitəçiliyi ilə Mnatsakanyan Elmar Məmmədyarovla danışıqlar aparacaq, bu görüşdə tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş mövzular müzakirə edəcəklər.
Nazirlərin sonuncu dəfə 2019-cu ilin dekabrında ATƏT-in Xarici İşlər nazirinin Bratislavada keçirilən sammiti çərçivəsində görüşü baş tutmuşdu.
Globall.az
Oxunub: 408
Xəbəri paylaş
Paylaş: