Ermənistanın vurduğu ziyana görə 5 914 ailəyə ilkin yardım verilib
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
İndiyə qədər ilkin siyahı üzrə - 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb.
Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: