Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Bandotdel” AT əti satan cinayətkar dəstəni belə aşkarladı - VİDEO / FOTO
  • 10 ton leş əti satan “At Elçin” ləqəbli şəxs həbs edildi - VİDEO / FOTO
  • Azərbaycanda quş və heyvan ətinin satışı ƏDV-dən azad edilib
  • Azərbaycanda saxta spirtli içki hazırlayan 14 nəfər həbs edildi - RƏSMİ
  • PAYIZDA ƏT BAHALAŞA BİLƏR - Xaricdən gətirilən heyvanların qiyməti kəskin artıb
  • Ölü eşşək və at ətindən hazırlanmış dönər və məşhur “fast food”un digər təhlükələri - FOTO

    • Tarix: 23-02-2021, 18:51


    Hazırda Azərbaycanda dönər hazırlanması sahəsində özündən söz etdirmiş brendlər meydana gəlmişdir ki, onlarda qiymət-keyfiyyət-təhlükəsizlik balansına riayət olunur. Lakin, təəssüf ki, bu cür yerlərin sayı çox azdır. Eyni zamanda, ölkədə, dönərin dəfələrlə daha ucuz qiymətə satıldığı və bu səbəbdən, tələbatın yüksək olduğu çoxsaylı ticarət nöqtələri və kiçik obyektlər da fəaliyyət göstərir. Amma bu cür dönərlərin istehlakının fəsadları son dərəcə təhlükəli və ağır, bəzən isə hətta ölümcül olur. 

    Bu yaxınlarda Azərbaycan Daxili İşlər Nazirliyi qida üçün yararsız ölü heyvan ətinin alveri ilə məşğul olan şəxslərin saxlanılması haqqında məlumat yaydı. Əməliyyat nəticəsində Salyan rayonunda təzə ət kəsimi və satışı adı altında leş satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edildi. Nəzərə almaq lazımdır ki, bu cinayətkar dəstənin üzvləri dəyər-dəyməzinə aldıqları at və iribuynuzlu mal-qara cəsədlərini kəsdikdən sonra Bakıda satırmışlar. O
    nların bu “ölü əti” satdıqları obyektlər ilk növbədə, küçə bazarları və dönərxanalardır. Belə ki, bu cür obyektlərin sahibləri üçün əsas meyar məhsulun ucuz olmasıdır. Nə küçə bazarları və dönərxana sahibləri, nə də onların tədarükçüləri təhlükəsizlik və keyfiyyət barədə qətiyyən düşünmürlər.
    Burada söhbət kiçik məhsul partiyasından getmir (halbuki bu cür partiyalar da onlarla insanın həyatı üçün təhlükə törədə bilər). Təkcə bu mütəşəkkil cinayətkar dəstənin bir üzvü olan və ət satışı ilə məşğul olan E.Kərimovun fermasında mənşəyi məlum olmayan 10 ton ət aşkar edilmişdir.
    Bu heç də ilk hadisə deyil. Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov ötən ilin sentyabr ayında saxlanılmışdı. O, qida üçün yararsız, mənşəyi məlum olmayan ətin rayonlardan gətirilməsi ilə məşğul olurmuş. Bu cür nümunələr heç də az deyil.


    Bu problem heç də son 1-2 ildə meydana gəlməyib. Hələ 2007-ci ildə mətbuatda ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan camış ətindən dönər hazırlanması haqqında faktların yayımlanması qalmaqala səbəb olmuşdu. Həmin vaxt aparılmış reydlər nəticəsində onlarla obyektin fəaliyyəti dayandırılmış, 3 obyekt cərimələnmişdi. Digər bir hadisə Nəsimi rayonu ərazisində baş vermişdi. Belə ki, burada ölmüş heyvan ətinin saxlanıldığı qaraj aşkar edilmişdi.

    Araşdırma nəticəsində məlum olmuşdu ki, sonradan bu ətlər doğranılır və dönərxanalara paylanırmış.
    Beləliklə, əgər digər ölkələrdə insanlar “pişik ətindən şaurma” ilə bağlı kədərli zarafatlar edirlərsə, biz də “ölü eşşək ətindən dönər” barədə memlər düşünməyə başlamalıyıq. Bu isə, heç də gülməli deyil. Belə ki, bu cür “yemək” hansısa insanın həyatına son qoya bilər.
    Bu cür ölümə görə məsuliyyəti heç kim daşımayacaq.

    Dönər hazırlanmasının ekoloji təmizliyi

    Kiçik obyektlərin birində dönərin hazırlandığı ət həqiqətən qonşu bazarda işləyən tanışdan alınıbsa (bir çox hallarda dönərxana sahibləri dönərin ucuz olmasını bununla əsaslandırırlar) bu hələ onun təzə olması və müəyyən edilmiş sanitar-gigiyena normalarına cavab verməsi demək deyil. Çox güman ki, heç bu ət də sözügedən normalara cavab vermir.

    Biz hələ dönər hazırlanması üçün nəzərdə tutulan ətin müəyyən edilmiş vaxt ərzində müvafiq qaydada saxlanması və hazırlanması barədə danışmırıq.

    Dönərin əsasən qaz avadanlıqlarında və bir qayda olaraq, kifayət qədər sürətlə hazırlandığını nəzərə alsaq, ətin keyfiyyətli termik emalı barədə danışmağa da dəyməz. Bu o deməkdir ki, əgər ətdə, məsələn, finnoz (parazit xəstəliyi) olubsa, bu birmənalı olaraq özünü dönər yemiş şəxsdə göstərəcəkdir.


    Bundan başqa, ət düzgün emal edilmədikdə, tərkibindəki mikroorqanizmlər məhv olmur, əksinə çoxalır. Kiçik dönərxanaların çoxunda müşahidə etdiyimiz hazırlanma texnologiyası isə bu yeməyi sağlamlıq üçün təhlükəli hala gətirir. Bakıda fəaliyyət göstərən yalnız bəzi kafe və dönərxanalarda Türkiyə təcrübəsindən yararlanaraq, ekoloji təmiz dönər aparatlarından istifadə edilir.
    Bu aparatlarda od ətin keçirilmiş olduğu şişdən metal təbəqə ilə ayrılır. Bundan savayı, elə Türkiyədə (o cümlədən, digər ölkələrdə) dönər hazırlanması üçün elektriklə işləyən aparatlardan istifadə edilir.

    Bizdə isə, əksər hallarda dönər açıq odda – sıxılmış qazın alovunda hazırlanır. Nəticədə, yanma zamanı hasil olan məhsullar ətin üzərinə hopur. Bu o deməkdir ki, dönər həvəskarları ətlə birlikdə böyük həcmdə qətran və “mavi yanacağın” tərkibində olan digər zərərli maddələr qəbul etmiş olur.
    Bura, obyektlərin çoxunda suyun olmamasını, dönərə vurulan yuyulmamış tərəvəz və göyərtiləri də əlavə etsək, elə həmin finnozdan tutmuş botulizmədək arzuolunmaz xəstəliklər qazanmış oluruq.

    Dönərin ucuz qiymətinə görə belə risklərə getməyinizdən əminsinizmi?

    Pandemiya və gigiyena tələbləri

    Əslində, hələ koronavirusdan öncə sanitar-gigiyena normalarına əsasən dönərçilər ilk növbədə sağlam olmalı (bunun üçün müvafiq arayışa malik olmalı), ikincisi isə, papaq və əlcəkdə işləməli idilər. Özü də bu əlcəklər fərqli və birdəfəlik istifadə üçün olmalıdır: Xam ətlə işləmək üçün bir əlcək, tərəvəzlər və dönərin digər inqrediyentləri üçün digər əlcəkdən istifadə edilməlidir.

    Bundan əlavə, doğrama taxtasından tutmuş mizin üst taxtasına və stolüstü alətlərədək mətbəxdəki və dönərxanadakı bütün səthlər hər saat xüsusi məhlulla təmizlənməlidir.


    Əslində isə, “dönərçilər”in yalnız bir cüt əlcəyi olur ki, onu da yalnız reydlər zamanı istifadə edirlər. Halbuki onlar fasiləsiz olaraq işləyir və dönər hazırlanması prosesində əllərini yumurlar.

    İnsafən demək lazımdır ki, onların çoxu maska taxır, amma bir qayda olaraq, çənələrinə…

    Su xəttinin olmadığı 1-2 kvadrat metrlik bu obyektlərdə ətin düzgün doğranması və məhsulların yuyulmasından söhbət gedə bilərmi?
    Əgər hətta ət təzə olsa belə, alıcı “dönərçi”nin natəmiz əllərindən, yuyulmamış tərəvəzdən və ya sadəcə, xəstə obyekt işçisi ilə ünsiyyətdən hansısa xəstəliyə yoluxa bilər.

    Beləliklə, məsələ göründüyündən də ciddidir.

    İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun bu barədə nə deyir?
    Bu cür şəraitdə ilk növbədə elə istehlakçılar əziyyət çəkir.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vəziyyəti belə şərh edib:


    “Təəssüf ki, “dönərxanalar” mövzusu bitmək-tükənmək bilməyən mövzulardandır. Azad İstehlakçılar Birliyi olaraq, biz və KİV artıq onlilliklərdir ki, mütəmadi olaraq bu obyektlərdə hazırlanan məhsulların təhlükəsizliyi məsələsini qaldırırıq.

    Şübhəsiz ki, geridə qalan dövr ərzində çox şey dəyişmişdir. Məsələn, dönərxanalara ətin yalnız 2 müəssisədən daxil olmasını nəzərdə tutan standartlar meydana gəlmişdir.
    Sözügedən şirkətlər “Azprotein foods group” və “Səhliyalı” şirkətləridir. Bu şirkətlərdə dönərxanalar üçün ətlər tələb olunan bütün sanitar-gigiyena qaydalarına, saxlama və daşınma, həmçinin yüksək keyfiyyət normalarına riayət etməklə hazırlanır.
    Lakin təəssüf ki, dönər satışı ilə məşğul olan heç də bütün ticarət obyektlərinə ət bu şirkətlərdən daxil olmur. Hazırda həqiqətən yüksək keyfiyyətli dönər istehsal edən yalnız 0,5 % müəssisə bu şirkətlərin müştərisidir.

    Kiçik dönərxanaların böyük əksəriyyəti isə əti sərbəst şəkildə əldə edir və onların bəziləri əti cəmdək satışı ilə məşğul olan şəxslərdən almaqdan belə çəkinmirlər. Kimsə bunu bilməməzlikdən, kimsə şüurlu şəkildə edir. Axı bu cür ət xeyli ucuz başa gəlir.

    Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması istiqamətində ən düzgün fəaliyyəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Cinayətkar dəstələrin üzvləri saxlanılır və layiqli cəzalarını alırlar.

    Dönərxanalara nəzarət edən digər dövlət orqanlarının fəaliyyəti cərimələrlə məhdudlaşır.

    Hazırda məhsulların təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi, keyfiyyətinə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzarət edir. Qeyd etmək istərdim ki, Sahib Məmmədovun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilməsi ilə bu qurumun fəaliyyətində müsbət dəyişikliklər gözləyirəm.

    Bundan əlavə, problemi həll edərkən onun səbəbini aradan qaldırmaq lazımdır. Problemin səbəbi ondan ibarətdir ki, nə qədər ki, keyfiyyətsiz ucuz ətə, o cümlədən, ölü heyvan ətinə tələb var, təklif də olacaq. Səbəblərdən biri də budur ki, 1995-ci ildə Azərbaycanda qəbul edilmiş İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişikliklərə ehtiyac duyulur, çünki hazırda bizdə istehlakçılardan daha çox iş adamları qorunur.

    Təbii ki, bu işə məsuliyyətlə və fanatizmə yol vermədən yanaşmaq lazımdır. Yəni, qanun həm istehsakçıların, həm də istehlaçıların hüquqlarını müdafiə etməli və bu zaman birincilərin məsuliyyəti və ikincilərin təhlükəsizliyinin zəmanəti arasında balans qorunmalıdır.

    Daha əvvəl də qeyd etdiyim kimi dönərxanalarla bağlı problem bir ilin problemi deyil. Təəssüf ki, bu biznes kifayət qədər gəlirlidir və məhsulun ucuz olması səbəbindən bu cür obyektlərə təkcə bizim ölkədə deyil, digər ölkələrdə də əhali arasında tələbat yüksəkdir. Restoranda yemək üçün pulu olmayan insanlara yolüstü dönərxanalarda qəlyanaltı yeməyi qadağan etmək mümkün deyil.

    Bu səbəbdən, mən onları yalnız yeməyin hazırlanması üçün ətin haradan alınması ilə maraqlanmağa, sertifikat tələb etməyə çağıra bilərəm… Düzü, inanmıram ki, şəhərin dörd bir tərəfində səpələnmiş kiçik obyektlərdə bu mümkün olsun. İnsanlarımızın çoxu öz sağlamlığına məsuliyyətsiz yanaşır. Bundan başqa, bəzi dönərxanalarda hansısa sertifikatlar olsa da, onların həqiqi olduğuna zamin dura bilmərəm.

    Lakin qeyd etmək istəyirəm ki, İctimai Şuranın üzvü olaraq, Qida Təhlükəsizliyi Agentliyinin fevral ayının sonunda keçiriləcək növbəti iclasında dönərxanalar məsələsini yenidən qaldıracağam.

    Hələlik isə bu məşhur fastfud növünün istehlakçılarına tövsiyəm odur ki, dönəri yoxlanılmış, özünü yaxşı tərəfdən tanıtmış yerlərdən alsınlar. Hətta çox ac olsalar belə, kiçik çirkli ticarət nöqtələrindən dönər almaqla özlərini riskə atmasınlar”, – deyə E.Hüseynov fikrini tamamlayıb.

    Qeyd olunanları yekunlaşdıraraq, hər ehtimala dəqiqləşdirmək istəyirik:
    Heç birimiz populyar və dadlı yemək olan dönərin əleyhinə deyilik. Biz öz sağlamlığına və mövcud qanunlara laqeyd yanaşmanın əleyhinəyik. Nə qədər ki, məsələ ölü nöqtədən tərpənməyib, oxucularımıza israrla tövsiyə edərdik ki, sevimli “sürətlə hazırlanan yeməyin” nə dərəcədə təhlükəsiz olması barədə ciddi şəkildə düşünsünlər./oxu.az

    Oxunub: 651
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.