Azərbaycanda 220 yeni yoluxma faktı qeydə alınıb - 2 nəfər vəfat edib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 644nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib. Hazırda 2 281aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, bu günə qədər isə ümumilikdə 2 571 016test icra olunub.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: