Amerikalı general PKK lideri Məzlum Kobani ilə görüşdü
ABŞ-ın Yaxın Şərq qüvvələrinin komandiri general Kennet Makkenzi Suriyanın şərqində yerləşən bir hərbi bazada YPG/PKK lideri Məzlum Kobani ilə görüşüb.
Globall.az Türkiyə mətubatina istinadla xəbər verir ki, Makkenzi görüş sonrası verdiyi açıqlamada Kobaninin ABŞ-dan yardım məsələsində təminat istədiyini bildirib. Amerikalı general ABŞ-ın İŞİD-ə qarşı fəaliyyət aparacağını, neft yataqlarının qorunmasında isə YPG-nin onlara dəstək olacağını qeyd edib.
“O da bilir və mən də razılaşıram. Burada 10 il ərzində olmayacağıq. Bu da həqiqətən nə qədər uzun müddət qalacağımızı bilmirəm və buradakı ortaqlarımızla işləməyə davam etmək xaricində təlimat almadım” – Makkenzi deyib.
Makkenzi Suriyada 5 hərbi bazasında araşdırma apardığını bildirib.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: