Ermənistan müxalifəti parlamentin binası qarşısında çadırlar qurur
Ermənistanın müxalif “Vətənin Xilası Naminə Hərəkatı”nın tərəfdarları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Baqramyan prospektini bağlayan müxalifət tərəfdarları çadırlarda gecələyəcəklərini bildiriblər.
Eyni zamanda, müxalifət ölkədəki siyasi böhrandan çıxış yolları axtarmaq üçün Ermənistan prezidenti Armen Sarkisyanla danışıqlar aparmağa nümayəndə heyəti də göndərib.
Oxunub: 381
Xəbəri paylaş
Paylaş: