Prezident:
"10 noyabr bəyanatı tam icra edilməsə Ermənistan daha da ağır duruma düşəcək"
Bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
"Noyabrın 10-da imzalanan bəyanat icra edilir və tam icra edilməlidir. Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq bəyanat icra ediləcək. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və yeni reallıqla barışmalı və hesablaşmalıdır", - dövlət başçısı əlavə edib.