Əfqanıstanda sərnişin təyyarəsi “Taliban”ın nəzarət etdiyi əraziyə düşdü – Göyərtisindəki 83 nəfərin taleyindən xəbər yoxdur

Əfqanıstanda dövlətə aid “Ariana Afghan” şirkətinin sərnişin təyyarəsi hələlik məlum olmayan səbəbdən alovlanaraq, “Taliban” qüvvələrinin nəzarət etdiyi əraziyə düşüb.
Türkiyənin “Haberler.com” portalı bildirir ki, göyərtisində 83 nəfərin olduğu təyyarə qəzaya uğramadan əvvəl alovlanıb: “Paytaxt Kabildən Herat şəhərinə gedən təyyarə qəfildən alovlanaraq, “Taliban”ın nəzarət etdiyi Deh Yak adlı dağlıq bölgəyə düşüb. Rəsmi məlumata görə, təyyarədə 83 sərnişin var. Onların sağ qalıb-qalmaması bilinmir”.
Məlumata görə, əraziyə ölkənin xüsusi təyinatlıları yeridilib: “Dövlət yerli qüvvələrdən də dəstək istəyib”.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: