Üç ölkənin baş nazir müavinləri Qarabağla bağlı Moskvada görüşəcək -
Tarix açıqlandı
Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri arasında Qarabağa dair növbəti görüş fevralın 27-də Moskvada keçiriləcək.
Bunu Rusiya baş nazir müavini Aleksey Overçuk bildirərək bütün tərəflərin görüşdə iştirak edəcəklərini təsdiqlədiklərini də qeyd edib.Xatırladaq ki, üç ölkənin baş nazir müavinləri səviyyəsində ilk görüşü yanvarın 30-da Moskva şəhərində keçirilib. Qarabağa dair işçi qrupunun üzvləri daşımalar və onların təhlükəsizliyinin təminatına, habelə başqa nəzarət məsələlərinə dair alt qruplar yaratmaq qərarına gəliblər.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: