"ABŞ aviazərbələr barədə Rusiyaya son anda xəbərdarlıq edib"-
Lavrov
Birləşmiş Ştatlar Suriyanın şərqindəki obyektlərə zərbələr endiriləcəyinə hazırlıq barədə Rusiya hərbçilərini zərbələrdən cəmi bir neçə dəqiqə əvvəl xəbərdar edib.
Bu barədə fevralın 26-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.
«Bizim hərbçiləri aviazərbələr endirilməsindən 4-5 dəqiqə əvvəl xəbərdar ediblər» - Lavrov qeyd edib.
Rusiyanın baş diplomatı həm də məlumat verib ki, Moskva tezliklə Suriya istiqamətində Vaşinqtonla təmasları bərpa etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, fevralın 25-də gecə vaxtı ABŞ prezidenti Co Bayden İraq-Suriya sərhədindəki oyektlərə aviazərbələr endirilməsini birbaşa əmr edib. Başqa məlumatlarda isə deyilir ki, zərbə endirilən obyektlər iranyönlü qruplara məxsus olub.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: