Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Səlim Müslümov həbs olunub! - Sabiq nazir nədə ittiham olunur?
  • SƏLİM MÜSLÜMOVUN HƏBSİ TƏSDİQLƏNDİ! - DTX sabiq nazirlə bağlı rəsmi məlumat yaydı /Yenilənib
  • Müslümovun “içəri” ilk gedişi deyil - Cinayət dosyesi
  • ƏƏSMN-in keçmiş Aparat rəhbəri, yazıçı Əjdər Ol da həbs olunub
  • VƏZİFƏDƏN ÇIXARILAN MƏMUR QUDALAR: Eks-nazirlər, sabiq deputatlar…
  • HEYDƏR ƏSƏDOV DA İSTİNTAQA CƏLB OLUNA BİLƏR - Keçmiş fəaliyyəti yoxlanılır

    • Tarix: 27-02-2021, 09:51



    Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, kirvəsi Səlim Müslümovun həbsindən sonra Heydər Əsədovun səksəkəli günləri başlayıb. Büdcə vəsaitlərini talayan, xalqdan pul oğurlayan məmurların ard-arda həbs edilməsi Əsədovun yuxusunu qaçırıb. Yüksək dövlət vəzifəsi tutmuş bir çox məmurlar kimi onun da qanunsuz əməlləri, korrupsiya cinayətləri yenidən gündəmdədir. Səlim Müslümovun həbsi yalnız indi yüksək vəzifə başında olanların yox, sabiq məmurların fəaliyyətinin diqqət mərkəzində olduğu, onların əməllərinin də təftiş olunduğunu göstərir.

    Belə iddialar var ki, eks-baş prokuror Zakir Qaralov, Heydər Əsədovun sələfi İsmət Abbasov, Səlim Müslümovdan əvvəl əmək və əhalinin müdafiəsi naziri olmuş Füzuli Ələkbərov, “Azərenerji”nin sabiq rəhbəri Etibar Piriverdiyev, eks-spiker Oqtay Əsədov, sabiq rabitə naziri Əli Abbasov, Eldar Mahmudovun bankiri Çingiz Əsədullayev qarşıdakı aylarda istintaqda cavab verməli olacaqlar.

    Heydər Əsədovun təşvişə düşməsi də əbəs deyil. Nazir olduğu dönəmlə bağlı ən aşağı səviyyəli araşdırma belə onun cnayətlərini ortaya çıxara bilər. Heydər Əsədov 2018-ci ildə vəzifədən çıxarılandan sonra depressiyaya düşmüşdü. Hətta sakitləşdirici dərmanlar qəbul etdiyi haqda iddialar vardı. Belə bir vaxtda itirdiyi vəzifə, rahat kreslo axtarışına çıxmışdı. Və günlərin birində Heydər Əsədovu depressiyadan çıxaran qərar verildi: Dövlət Dənizçilik Akademiyasına rektor təyin olundu. Bundan sonra Əsədov düşünürmüş ki, xalqdan oğurladıqları yüz milyonların hesabını daha ondan soran olmayacaq, 5 illik talan dövrünü araşdırmayacaqlar.

    Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. 

    Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi - tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı.
    Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu. Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı.
    Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

    Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə” deməkdən çəkinmədi. İş o yerə çatdı ki, cənub zonasında öz yerində taxıl deyil, daha çox gəlir gətirən sitrus ağacları əkmək istəyən sahibkarlar ölkə rəhbərliyinə üz tutmalı oldular.



    Həmin günlərdə Heydər Əsədovun oğlu Asif Əsədzadənin sorağı İngiltərədən gəlirdi. Belə aydın olurdu ki, nazir oğlu atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahibdir, özünü ərəb şeyxləri kimi aparır. Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.

    Belə aydın olurdu ki, Asif Əsədzadə Az 90 HO 505 nömrə nişanlı, bahalı “Porşe”sini təyyarəyə qoyub və İngiltərəyə aparıb. Bu, o vaxt idi ki, fermerlər hər manata görə sahələrdə can qoyur, min bir əziyyətə qurşanırdılar. Üstəlik, bu xəbərlə əlaqəli videomaterial da yayılmışdı. Həmin video artıq saytlarda yoxdur. Bu, o deməkdir ki, Heydər Əsədov oğlunun ərəb şeyxlərinə xas lovğalıq videosunu saytlardan çıxartdırıb. Milyardlıq korrupsiya gəlirlərindən bu məqsədə çatmaq üçün nə qədər ödədiyi də bəlli deyil.

    Heydər Əsədovun digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir. O, hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən Beşiktaş, Seba Kompleksi Selenium-Twins B BL.D.244 ünvanında mülk alıb.



    Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva VAGU (VAGU - VAqif və GUnay) Turizm Sanayi ve Ticaret Limited Şirketini 2012-ci il fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılır. Lirənin o zamankı kursu ilə 650 min dollar!

    Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı olan, Milli Məclisə hesabat verən qurumun rəhbəri oğlunun Türkiyəyə çıxardığı yarım milyon dollardan artıq vəsaitin hesabatını verməmişdi. Büdcə-maliyyə oğurluqlarını, yeyintilərini aşkara çıxarmalı olan şəxs öz oğurladıqlarını xaricə daşıyırdı.

    Büdcə vəsaiti hesabına Bakıda, milyonçular məhləsində imarəti, Türkiyə oteli, İngiltərədə mülkləri olan Heydər Əsədov koronavirusun tüğyan etdiyi bir vaxtda xəsisliyi ilə gündəmə gəldi. Məlum oldu ki, Heydər Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vur-tut 5 min manat pul köçürüb! Onun oğlu isə bu işdən ötrü min manatından keçib. Oğurlayanda milyonlarla, xalqa çatanda qəpik-quruşla ortaya çıxmaq təkcə Heydər Əsədova xas əməl deyil.
    Onun kimi korrupsiyaya bulaşmış məmurların əksəriyyəti ictimaiyyətin diqqət mərkəzinə düşən aksiyalarda özlərinin kasıb, imkansız biri olmasını gözə soxmağa, kül üfürməyə çalışırlar. Bu zaman xalqdan oğurladıqlarının miqyasının böyüklüyü onları ələ verir.

    Məsələn, Heydər Əsədov kənd təsərrüfatı naziri postuna təyinat alandan sonra “Aqrolizinq” ASC-də Hesablama Palatası ciddi yoxlamalara başladı. Yoxlamaların nəticəsindən aydın oldu ki, ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları olub. Bu səbəbdən yoxlama materialları Baş Prokurorluğa göndərildi. “Aqrolizinq”in sədri Əli Bayramov öz ərizəsi ilə işdən getdi. Ardından ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri həbs edildi.


    Heydər Əsədov “Aqrolizinq”in fəaliyyətində şəffaflıq yaratdığı görüntüsü yaratdı. Az keçmədi ki, ASC-də yeyintilərin sərhədləri əvvəlki dövrə nisbətən daha da genişləndi. Hesablama Palatasının 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində ASC-nin fəaliyyətini və ümumilikdə 246,2 milyon manat məbləğində vəsaiti əhatə edən auditinin nəticələri göstərir ki, “Aqrolizinq”də dəyişiklik çox cüzidir.

    Palata müəyyən edib ki, ASC tərəfindən bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib və sair.

    Bundan əlavə, ötən il mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində əvvəlki ilə nisbətən 50 faizədək bahalaşma baş verdiyi, bunun isə həmin texnikanın Heydər Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı olduğuna dair faktlar yer alıb. 
    Sabiq nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib. Bundan başqa tenderlərin rəsmi reyestrindən aydın olur ki, “Aqrolizinq”in “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikalarının satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edən müqavilə imzalayıb.
    Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. Sorağı İngiltərədən gələn “Networks Europe L.P.” şirkətinin oradakı nazir övladları ilə əlaqələrinin olması da istisna deyil. 2017-ci ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası, mineral gübrələr və cins heyvan alışına 372,19 milyon manat vəsait xərcləyib. Bunun 342,5 milyon manatı 102 min ədəd kənd təsərrüfatı texnikasının alışına yönəldilib.

    Bundan başqa, 2017-ci ildə 65,5 min ton mineral gübrələr, 7 min baş iri buynuzlu cins heyvan alınıb. Ümumilikdə, 2017-ci ildə “Aqrolizinq”ə dövlət büdcəsindən 200 milyon manat ayrılıb. ASC-yə qaytarılan vəsaitlərin həcmi 172,19 milyon manat təşkil edib. Bunun 99,42 milyon manatı ASK texnikasının lizinqindən, 3,27 milyon manatı texnoloji avadanlığın lizinqindən, 49,87 milyon manatı mineral gübrələr və pestisidlərin satışından, 16,26 milyon manatı servis xidmətlərindən, 3,46 milyon manatı digər xidmətlərdən daxil olub.
    Aqrar istehsalçılarla dövlət arasında əsas vasitəçi qurum olan “Aqrolizinq” ASC-nin açıqladığı konsolidə edilmiş maliyyə hesabatında isə qeyd olunur ki, qurum 2017-ci ildə 21,7 milyon manat məbləğində ziyana düşüb. Bu, 2016-cı illə müqayisədə 10,7 milyon manat çoxdur. Hesabata görə, ötən il qurumun gəlirləri 41,6 faiz artaraq 180,8 milyon manat təşkil edib.
    Bunun 111,1 milyon manatı kənd təsərrüfatı avadanlığının satışından, 49,5 milyon manatı gübrə satışından, 16,4 milyon manatı heyvan satışından və sair əldə edilib. Şirkətin əməliyyat mənfəəti 13,3 milyon manat təşkil edib. Ötən il ərzində ASC valyutaların mübadilə məzənnəsinə görə 14,4 milyon manat zərərə düşüb. Hökumətin hesabatından aydın olur ki, “Aqrolizinq” 2005-2017-ci illərdə texnika, avadanlıq və mineral gübrələrin alınması üçün 1,5 milyard manatdan çox vəsait əldə edib.

    Bu qədər böyük vəsaitlər hesabına alınan texnikadan, gübrədən, cins heyvanlardan səmərəli istifadə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı.
    Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda xəbərlər var. Bu xəbərlər istintaq orqanları tərəfindən araşdırılmalı, xalqdan oğurlanan yüz milyonlar büdcəyə qaytarılmalıdır./musavat.com

    Oxunub: 251
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.