ABŞ-dan Səudiyyə Ərəbistanına daha bir zərbə -
76 nəfərin adı qara siyahıya salınıb
ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının öldürülməsinə görə 76 Səudiyyə Ərəbistanı vətəndaşına qarşı viza sanksiyası tətbiq edib.
“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Blinkenin sözlərinə görə, ABŞ Dövlət Departamenti “Qaşıqçı qadağası” çərçivəsində xaricdəki dissidentləri təhdid edən 76 vətəndaşa qarşı viza məhdudiyyəti tətbiq edib.
ABŞ, həmçinin dissidentləri və jurnalistləri təqib edəcək şəxsləri cəzalandırmağı düşünür.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: