Gürcüstanda daha 14 nəfər COVID-19-dan ölüb
Gürcüstanda ötən sutkada daha 373 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 542 nəfər müalicə olunaraq sağalıb.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 270 510-a, sağalanların sayı isə 264 589-a çatıb.
Son 24 saat ərzində 14 pasiyent vəfat edib. Xəstəlikdən ölənlərin ümumi sayı 3 499-a yüksəlib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: