Baş nazir - Prezident qarşıdurması: Paşinyan yeni qərarını açıqladı
Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad olunması ilə bağlı sərəncamını təsdiqləməyərək geri qaytarıb.
Yerli KİV xəbər verir ki, bu dəqiqələrdə N.Paşinyan prezidentin bu addımına münasibət bildirib və növbəti addımını elan edib: “Respublika prezidenti Silahlı Qüvvələrin Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi haqqında fərman layihəsini təsdiqləməyərək Baş nazirliyə göndərilməsinə qərar verdi. Bu qərar vəziyyətin həllinə heç bir töhfə vermir. Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi üçün vəsatəti müəyyən olunmuş qaydada imzalanacağını gözləyərək yenidən Respublika Prezidentinə göndərirəm.
Qalanları dünən Respublika Meydanında razılaşdığımız kimi olacaq!”.
Oxunub: 398
Xəbəri paylaş
Paylaş: