Koronavirus paltarda nə qədər yaşaya bilir? -
Alimlər müəyyən ediblər
Britaniyalı alimlər koronavirusun süni və natural parçalarda həyat qabiliyyətini nə qədər saxlaya bildiyini müəyyən ediblər.
Araşdırmaçı qrupun nəşr etdirdiyi materiala əsasən, «Praym» nəşrinin xəbər verdiyi kimi, ilk növbədə alimləri həkimlərin iş prosesində istifadə etdiyi paltarlar maraqlandırıb.
Məlum olub ki, poliesterdən olan parça üzərində virus 3 sutkaya qədər yaşaya bilir, natural pambıqdan olan parça üzərində 24 saat, pambıqla sintetikanın kombinasiyasından olant parça üzərində isə cəmi 6 saat qala bilir.
Alimlər tədqiqat zamanı SARS-CoV-2 ştammından yox, ona oxşar NCoV-OC13 virusundan istifadə ediblər.
Bu nəticəni britaniyalı alimlər tibbi paltarların covid xəstəsi ilə təmasdan sonra sənaye üsulu ilə yuyulmasının vacibliyi məsələsində ciddi arqument hesab edirlər.