Daha bir general Paşinyanın istefası tələbinə qoşuldu
Ermənistanda Sarkisyan adına Hərbi Universitetin keçmiş rəhbəri, istefada olan general Armen Kaqramanyan Silahlı Qüvvələrin Baş Qərargahına dəstəyini ifadə edib.
Report xəbər verir ki, bu barədə “Hraparak.am” bildirib.
Qeyd edilir ki, general baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.
"Birmənalı dəstək ifadə edirəm. Baş Qərargahın rəisi və zabit heyətinin imza atdıqları bəyanat birmənalı olaraq düzgündür", - o deyib.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: