Suriyada qaçqın düşərgəsində güclü yanğın - 4 ölü, 18 yaralı

Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki Əl-Xol qaçqın düşərgəsində güclü yanğın baş verib.
Xarici KİV xəbər verir ki, biri uşaq olmaqla ən azı dörd nəfər həlak olub. Daha 18 nəfər isə orta dərəcəli yanıq xəsarətləri ilə vilayətin xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, yanğına evlərin qızdırılması üçün keyfiyyətsiz yanacaqdan istifadə olunması səbəb olub.
Məlumatlarda o da bildirilir ki, Əl-Xolda İŞİD terror qruplaşmasından olan əsir döyüşçülərin ailələri yaşayır. Hazırda düşərgədə 64 373 nəfər var. Onların 24 223-ü suriyalı, 30 606-sı iraqlı, daha 9 544 nəfər isə başqa dövlətlərin vətəndaşlarıdır.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: