Gürcüstanda Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi
Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria istefa verib.
Yerli KİV bildirir ki, bu barədə o özü açıqlama verib.
İzoriya istefa ərizəsi ilə Gürcüstan baş nazirinə artıq müraciət edib.
Bundan sonra İzoriya Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.
L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər Gürcüstanın müdafiə naziri olub. O, ötən ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər, noyabrında isə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: