Türkiyə və Fransa prezidentləri yarım ildə ilk dəfə danışıqlar aparacaqlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransa prezidenti Emmanuel Makronla videokonfrans formatında danışıqlar aparacaq.
Bu barədə bazar ertəsi axşam Makron administrasiyasına istinadən “Agence France-Presse” (AFP) bildirib.
Qeyd edilir ki, bu, iki liderin yarım ildə ilk danışıqları olacaq. Videokonfransın başlanma tarixi Fransada yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00) planlaşdırılıb. Danışıqların nə qədər davam edəcəyi məlum deyil.
AFP danışıqların gedişatında hansı məsələlərin müzakirə edəcəyini açıqlamayıb.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: