“Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”-
Maykl Rayan
“Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.
O bildirib ki, peyvəndləmənin tədricən virusu təsir etməyə başladığını görürük: “Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.
Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.
Oxunub: 245
Xəbəri paylaş
Paylaş: