Ermənidən ETİRAF:
“Şuşa da, Qarabağ da Azərbaycanındır, bəsdir artıq”
“Yerevan Today”-in xəbərinə görə, bunu İrəvanda keçirilən mitinq zamanı şəhər sakini, orta yaşlı erməni qadın deyib. Qadının yanında dayananlar da onu dəstəkləyiblər.
“Nikol Paşinyan düz edir, onu dəstəkləyirik. Əslən Qarabağdan olanlar 30 il bizi idarə etdilər, bizə divan tutdular. Qarabağı işğal etdik, nə oldu? Ələ keçirdiyimiz ərazilərdə yaşadıq, evlər və məktəblər tikdik?! Yox, hamısı viranə idi. Yüz milyonlarla dollar pulu, milyardları “Qarabağa xərcləyirik” adı ilə yedilər, həzm etdilər. Bəsdir artıq. Öz dərdimiz özümüzə bəsdir”, – irəvanlılar deyiblər.