ABŞ peyki qeydə aldı:
Pxenyan yeni nüvə obyekti tikir
ABŞ peyki Şimali Koreyanın Kuson şəhəri yaxınlığındakı Yondokton poliqonunda gizli işlər aparması ilə bağlı görüntülər çəkib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ kəşfiyyatı iddia edir ki, bu poliqon nüvə silahının saxlanılması üçün istifadə olunur.
Ekspertlər əldə olunan görüntülər üzərində apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər ki, həmin poliqonda nüvə silahının gizlədilməsi üçün yeni tunellər inşa olunur.
Oxunub: 231
Xəbəri paylaş
Paylaş: