David Zalkaliani ilə Çavuşoğlu təkbətək görüşüb

Ankarada Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Türkiyənin XİN başçısı Mövlüd Çavuşoğlu arasında təkbətək görüş keçirilib.
Bu barədə D.Zalkaliani tvitter hesabında yazıb.
O, səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluna minnətdarlığını bildirib.
XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib./report
Oxunub: 354
Xəbəri paylaş
Paylaş: