Manukyan: "Ordu Paşinyanın qərarına tabe olmayacaq"

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu itaət etməyəcək.
Erməni mediası xəbər verir ki, bunu müxalif “Vətənin Qurtuluşu Hərəkatı”ndan baş nazirliyə namizəd olan Vazgen Manukyan deyib.
O, həmçinin Qasparyan məsələsində Paşinyanın Armen Sərkisyana təzyiq göstərdiyini güman etdiyini bildirib.
Manukyan hökuməti təhdid edərək “Əgər müharibə istəyirlərsə, onu alacaqlar” - deyə əlavə edib.
Oxunub: 470
Xəbəri paylaş
Paylaş: