Azərbaycanlılar daha çox hansı ölkələrdə təhsil alıb?-
SİYAHI
Ən çox bu ölkələrin diplomlarının tanınması ilə bağlı müraciət edilib
Fevral ayı ərzində hansı ölkələr üzrə diplomların tanınması ilə bağlı edilən müraciətlər açıqlanıb.
Report xəbər verir ki, Rusiyadan 74, Ukraynadan 71, Türkiyədən 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarusdan 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.
Qeyd edək ki, ümumilikdə həmin müddət ərzində ortalama baxılan 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: