ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini 1 il artırıb
ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton administrasiyası zamanı İran əleyhinə tətbiq edilmiş sanksiyalar rejiminin müddətini 1 il müddətinə artırıb.
Report-un məlumatına görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.
Bayden 1995-ci ildə elan edilmiş İran barəsində "fövqəladə vəziyyət"in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqresə bildiriş göndərib.
Bildiriş federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda dərc ediləcək.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: