Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Martın 5-nə qədər Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 390 489 nəfər peyvəndlənmə prosesində iştirak edib: “Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir”.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: