Türkiyənin səfiri Erkan Özoral Laçında - FOTO

Martın 6-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik missiya təmsilçiləri işğaldan azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonu ərazilərində olublar.
Heyət tərkibində əraziləri ziyarət edənlər içərisində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da olub.
Səfir bildirib ki, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi yalnız bir torpaq ələ keçirmək niyyəti deyil, həm də azərbaycanlılara aid hər şeyin yer üzündən silinməsi anlamına gəlib.


Oxunub: 321
Xəbəri paylaş
Paylaş: