Əfqanıstanda “talibançı”ların hücumu zamanı 8 hərbçi öldürülüb, yaralılar var
Əfqanıstanda “Taliban” hərəkatının silahlıları təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib. Report xəbər verir ki, bu barədə 1 TV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Balh əyalətində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı həlak olub. Bununla yanaşı, təhlükəsizlik qüvvələrinin daha 4 əməkdaşı yaralanıb.
Oxunub: 424
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							