Süleymanini vuran amerikalı öldürüldü - iddia
“Taliban” terror qruplaşması Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan təyyarənin onlar tərəfindən vurulduğunu iddia edir. Lakin bununla bağlı hər hansı dəlil yoxdur.
Qeyd edək ki, “Qaranlıq şahzadəsi” (“Dark Prince”) Maykl Dandrea “Əl-Qaidə” terror təşkilatının lideri Usamə bin Ladenin də sui-qəsdini hazırlayan şəxs olub.
ABŞ-ın ən əhəmiyyətli casuslarından biri olan Dandrea 1979-cu ildə MKİ-yə qatılıb. Dandrea İrandakı əməliyyatlarından sonra “Ayətullah Mayk” ləqəbi ilə tanınır.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general Qasım Süleymani 3 yanvarda Bağdad hava limanında sui-qəsdə qurban gedib.