Dağlıq Qarabağda Paşinyana qarşı hərbi qiyam
Dağlıq Qarabağdakı qondarma rejimin 124 nəfər zabiti Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı qiyam qaldırıb.
Erməni mediasının məlumatına görə, martın 8-də gecə saatlarında 124 nəfər zabit Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı N.Paşinyanın istefa tələbini dəstəklədiklərini bəyan ediblər.
Bəyanatı imzalayan hərbçilər Onik Qasparyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ölkəsinə vətənpərvərlik xidməti göstərməyə davam edəcəyinə əmin olduqlarını bildirib.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: