Ermənistanın Azərbaycanın aqrar sahəsinə vurduğu ziyanın məbləği açıqlanıb
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Belə ki, ümumlikədə 7 rayon ( Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1 560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6 701 ev quşu tələf olub, 14 107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.