ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri danışıqlar aparacaqlar
ABŞ, Hindistan, Yaponiya və Avstraliya liderləri martın 12-də videokonfrans formatında danışıqlar aparacaqlar.
Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki ənənəvi brifinqdə bildirib
"Cümə günü səhər president (ABŞ rəhbəri Cozef Bayden-red) virtual formatda "dördlük" (təhlükəsizlik üzrə dördtərəfli dialoq formatı – red) üzrə həmkarları - Yaponiyanın baş naziri (Yosihide) Suqo, Hindistanın baş naziri (Narendro) Modi və Avstraliyanın baş naziri (Skot) Morrisonla" ilə görüşəcək", - o deyib.