Ermənistan prezidenti BQ rəisi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
“RİA Novosti” xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 10-dan Onik Qasparyanın tutduğu vəzifədən azad edilmiş sayıldığına dair bəyanat yayıb.
Oxunub: 352
Xəbəri paylaş
Paylaş: