Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Sabiq icra başçısının oğlunu öldürən haqda - YENİ MƏHKƏMƏ QƏRARI
  • Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə qərarlarından 2689 şikayət verilib
  • Həbsdə olan baş redaktor azadlığa buraxılıb- Məhkəmə qərarı
  • Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxs bəraət istəyir
  • İlqar Məmmədova 234 min kompensasiya ödənildi
  • İş adamını "işə salan" məhkəmələr - Ali Məhkəmə Prezidentin Fərmanını əsas götürəcəkmi?

    • Tarix: 10-03-2021, 09:23



    İş adamı İslam Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart 2019-cu il tarixli qərarı ilə Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 28.07.2020-ci il tarixli qərarı ilə İ.Kərimov barəsində təyin olunmuş cəzanı 1 il artıraraq 7 ilə çatdırıb. Məhkəmə zərərçəkənin mülki iddiasını təmin edərək onun qarşı tərəfə 2.5 milyon dollar ödəməsinə dair qərar çıxarıb. Bu qərardan kassasiya şikayəti verilib. Koronavirus pandemiyası səbəbindən məhkəmə prosesi uzun müddət təxirə salınıb və nəhayət, aprel ayının 9-na təyin olunub. Həmin tarixdə Ali Məhkəmənin Cinayət Kollegiyası İslam Kərimovun şikayətinə baxmalıdır.

    Azərbaycanda məhkəmə hakimiyyəti vətəndaşların ən çox şikayət etdiyi sahələrdən biridir. Bütün instansiyalarda eyni problemlər hökm sürür. Bu da vətəndaşların fundamental hüquqlarının kobud şəkildə pozulmasına, hətta ailə faciələrinə gətirib çıxarır. Bütün bu mənfi hallar Azərbaycanın Avropa Məhkəməsinə ən çox şikayət ünvanlanan ilk 5 ölkədən biri olması ilə nəticələnib. Hər il yüzlərlə qərar çıxarılır, dövlət cərimələnir, zərərçəkənlərə kompensasiya ödənilir, amma vətəndaşa, qanunlara və dövlətə ağır zərbə vuran hakimlərin bəziləri cəzasız qalır. 

    Doğrudur, Prezident İlham Əliyev hər il belə hakimləri məhkəmə sistemindən uzaqlaşdırır. Amma təəssüf ki, bu cəzalar onların şəxsi maraqlarını üstün tutaraq ədalətsiz hökmlər verən həmkarlarına dərs olmur. Prezident İlham Əliyev 3 aprel 2019-cu ildə Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanın 1-ci bəndində yazılıb: "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər".

    Bəs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu fərmandan 2 ay 25 gün sonra İslam Kərimov barəsində qərar verərkən, Prezidentin tövsiyəsini nəzərə alıbmı? Ümumiyyətlə, bu cinayət işinin ibtidai və məhkəmə istintaqı necə aparılıb?

    Əvvəlcə cinayət işinin mahiyyəti barədə: İslam Kərimov məhkəməyə verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş kimi tanınmış Xəqani Qədirov onu Əfqanistanda kiçik həcmli neftayırma zavodu tikməyə həvəsləndirib və qısa müddət ərzində milyonlar qazanacağına söz verib. O, bu təkliflə razılaşaraq, ona hər ay 3-4 min dollar əmək haqqı təklif edib. Xəqani Qədirov da əməkhaqqından razı qalıb, eyni zamanda təklif edib ki, zavodun tikintisi üçün Azərbaycandan işçi qüvvəsi aparılsın. Bunun üçünsə o, formal da olsa, zavodun səhmdarlarından biri olmalıdır.



    Qeyd edək ki, sözügedən razılaşma nəticəsində Əfqanıstanda yaradılan "Amo Hiratan Oil Refinery" neft emalı və istehsalı şirkətinin 50 faizi İslam Kərimova, qalan hissəsi isə Əfqanıstan vətəndaşlarına məxsus olub.

    İslam Kərimov Xəqani Qədirovun dediyinə bir şərtlə razı olub: Zavod fəaliyyətə başladıqdan 1 il sonra qoyulan sərmayə çıxarsa, o özünə məxsus səmlərin 25 faizinin Xəqani Qədirovda qalmasına etiraz etməyəcək. Yəni İ.Kərimov öz payının göstərilən hissəsini müəyyən şərtlər daxilində ona hədiyyə kimi verəcək.

    İş adamı ümumilikdə bu layihəyə 4 milyon dollar yatırıb. O, bu vəsaitin bir hissəsini qohumlarından, banklardan borc, kredit kimi götürüb, habelə əmlakını sataraq toplayıb. Xəqani Qədirov isə heç bir sərmayə qoymayıb, əksinə, aylıq maaşını və digər xərclərini İ.Kərimovdan vaxtlı-vaxtında alıb. Bunu ibtidai istintaqa ifadəsində etiraf edib, məhkəmədə də təkrarlayıb.

    Zavod qurulsa da, Əfqanıstanda işlər Xəqani Qədirovun vəd etdiyi kimi getməyib. Müəssisədə quraşdırılan avadanlıqlar həddindən artıq köhnə olduğuna görə emal olunan neftdən aşağı keyfiyyətli dizel və mazut yanacağı alınıb və onu yerli bazarda satmaq mümkün olmayıb. X.Qədirov həm zavod üçün xammal alınması adı altında, həm də başqa problemləri həll etmək üçün Əfqanıstan vətəndaşlarından təxminən 1.7 milyon dollar faizlə borc götürüb. Amma müəssisəni rentabelli hala gətirmək mümkün olmayıb. Borc sahibləri pullarını tələb edib. İslam Kərimov X.Qədirova səhmləri sataraq borcu qaytarmağı təklif edib. Əks halda, borcun şişərək ödənilməsinin mümkün olmayacağını bildirib.



    Başqa sözlə, iş adamı vəziyyətdən çıxmaq üçün zavoddakı bütün payını – X.Qədirova hədiyyə etdiyi 25 faiz səhmlər də daxil, satmaq istəyib. Amma Qədirov bundan imtina edib. Hadisədən xəbər tutan, Əfqanıstanda zavodun tikintisində iştirak edən, İslam Kərimovun bacısı oğlu Orxan Quliyev dayısının xəbəri olmadan Xəqaninin adına saxta etibarnamə alıb dayısına verib. Beləliklə, İslam Kərimov X.Qədirova verdiyi 25 faiz səhmi geri alıb və zavoddakı bütün payını sataraq borclarını ödəyib.

    Xəqani Qədirov isə İslam Kərimov, Orxan Quliyev və iş adamının zavodu satdığı biznesmen Tofiq Hüseynov barəsində Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. O, ərizəsində adıçəkilən şəxslərin cəzalandırılmasını, 3 milyon dollar vəsaitin alınaraq ona verilməsini, habelə maddi zərərin ödənilməsinin İslam Kərimova məxsus, İraqın Süleymaniyyə şəhərində yerləşən “KİMT
    Company for General Trading Ltd” şirkətindəki 55 faiz payına yönəldilməsini tələb edib...

    İbtidai istintaqı aparan orqan, birinci məhkəmə instansiyası, Apellyasiya Məhkəməsi bu qənaətə gəliblər ki, İslam Kərimov etibarından sui-istifadə etməklə "Amo Hiratan Oil Refinery" neft emalı və istehsalı şirkətinin nizamnamə kapitalından Xəqani Qədirova məxsus 2.5 milyon dollar dəyərində səhmləri ələ keçirib, ona külli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törədib. Bu işdə Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsinin, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda zərər vurma cinayət əməli var.

    Amma İslam Kərimov və onun müdafiəçiləri hakimlərin tamamilə qanunsuz, ədalətsiz hökm verdiklərini bildirib. Onların arqumentləri aşağıdakılardan ibarətdir:

    Əvvəla, cinayət işinin materiallarından aydın olur ki, ehtimal olunan cinayət əməli Əfqanıstan Respublikasının ərazisində törədilib. Cinayət Məcəlləsini 12.1-ci maddəsinə görə, ölkə vətəndaşları respublikanın hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm respublika, həm də ərazisində törədildiyi ölkənin qanunvericiliyi ilə cinayət əməli hesab olunursa, cinayət törətmiş sayılır. İndiki halda bununla bağlı Əfqanıstan hüquq-mühafizə orqanlarına hər hansı sorğu verilərək, səlahiyyətli orqanlardan rəsmi sənəd alınmayıb;

    İkincisi, İslam Kərimoz öz payının 25 faizini müəyyən şərtlər daxilində X.Qədirova hədiyyə kimi verib. Amma şərtlər pozulub və İ.Kərimov hədiyyəni geri alıb. Bu zaman ona heç bir zərər vurmayıb.

    X.Qədirov ibtidai istintaqa və birinci instansiya məhkəməsinə verdiyi ifadələrdə göstərib ki, o "Amo Hiratan Oil Refinery" zavodunun tikintisinə bir manat da olsun şəxsi vəsaitini xərcləməyib. Tikintiyə sərf edilən bütün pullar İslam Kərimov tərəfindən yatırılıb. Buna baxmayaraq, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası tamamilə absurd olaraq hesab ediblər ki, guya İslam Kərimov Xəqani Qədirova 2.5 milyon dollar ziyan vurub.

    Mülki Məcəllənin 673.4-cü maddəsinə görə, bağışlamaqdan imtina edildikdə hədiyyə alan onu qaytarmağa borcludur. Bu zaman hədiyyə verənin onun geri alması hədiyyə alana vurulmuş zərər kimi qiymətləndirilə bilməz.

    Eyni zamanda, bağışlanan hədiyyənin onu verən tərəfdən geri alınması hər hansı cinayət tərkibi yaratmır. Belə mübahisələr mülkü xarakter daşıyır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə görə, zərər, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyandır.

    Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tövsifedici əlaməti "zərər çəkmiş şəxsə külli miqdarda zərər vurmaqla törədilməsidir". İslam Kərimovun əməli nəticəsində Xəqani Qədirova hər hansı ziyan dəymədiyi halda onun əməli absurd olaraq sözügedən 178.3.2-ci maddəsi ilə tövsüf edilib.

    Eyni zamanda, İ.Kərimova verilmiş ittihamdan görünür ki, guya o dələduzluqla bağlı istinad edilən cinayət əməlini zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə törədib. Halbuki, istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində, apellyasiya instansiyasında İslam Kərimovun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməsi və ya aldatması halı sübuta yetirilməyib.

    Belə ki, ibtidai istintaqda, məhkəmələrə təqdim olunmuş mötəbər sübutlarla tam təsdiq olunub ki, X.Qədirova məxsus 25 faiz səhm onun xəbəri olmadan, saxta etibarnamə əsasında satılıb. X.Qədirov zavoddakı səhm paylarının satılması barədə məlumatı Rusiyada nəşr olunan jurnalların birindən oxuyub.

    Dələduzluq cinayətlərinin əsas tövsifedici əlamətlərindən biri odur ki, zərərçəkən şəxs əmlakını təqisrləndirilən şəxsə könüllü verməlidir. Bu halda isə Xəqani Qədirovun sözügedən alqı-satqıdan xəbəri olmayıb. Eyni zamanda Xəqani Qədirov adından Orxan Quliyevə saxta etibarnamə verən notarius cinayət məsuliyyətinə cəlb edilməyib. 
    Halbuki məhkəmədə tam sübuta yetirilib ki, etibarnamədə nə İslam Kərimovun, nə də Orxan Quliyevin imzası olub. Bu etibarnamə notarius tərəfindən veriləndən sonra mətnində hər hansı dəyişikliyə də yol verilməyib. Etibarnaməni saxtalaşdıran, möhürləyən notariusdur. Bununla açıq-aşkar cinayət törədən notarius, cinayət məsuliyyətinə cəlb edilməyib. Amma bu saxta sənəddən istifadə edən şəxslər cəlb edilib. Bu ikili, fəqrli münasibətlər sual doğurur.

    İşdə mötəbər sübutların olmasına baxmayaraq, ibtidai istintaq orqanı, birinci instansiya məhkəməsi və hətta Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası maddi və prossesual qanunların tələblərini kobud şəkildə pozmaqla və tədqiq etdiyi ifadələrin mətnlərini təhrif etməklə hesab ediblər ki, İ.Kərimov X.Qədirovun etibarından sui istifadə etməklə və onu aldatmaqla dələduzluq cinayəti törədib.

    Müdafiəçiləri kassasiya şikayətində bildiriblər ki, İ. Kərimovun barəsində çıxarılan bütün hökmlər ləğv olunmalı, işə bəraətverici əsaslarla xitam verilməlidir. Beləliklə, təqdim olunan cinayət işində hakimlərin yol verdikləri qanunsuzluq və ədalətsizliklər göz qabağındadır. Həm istintaqda, hən birinci instansiya məhkəməsində, həm də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında Prezident İlham Əliyevin təxminən iki il əvvəl imzaladığı fərmanda yer alan tövsiyələrə əhəmiyyət verilməyib.
    Aprelin 9-də Ali Məhkəmənin Cinayət Kollegiyası bu ədalətsizliyi aradan qaldırıb İslam Kərimovun hüquqlarını bərpa etməklə yanaşı ədalət mühakiməsinə, dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların vacibliyi ilə bağlı siyasi iradəsinə münasibətini ortaya qoyacaq. Gözləyək...

    Elçin

    Oxunub: 323
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.