"Ukrayna separatçılara qarşı Türk “Bayraktar”larından aktiv istifadə edəcək..."-
Korotçenko
Rusiyalı hərbi ekspert İqor Korotçenko Ukraynanın Donbass bölgəsindəki rus separatçılarına qarşı hücum əməliyyatı başladacağını açıqlayıb.
Rusiya mediasına açıqlama verən Korotçenko, Donbassda başlayacaq mümkün Rusiya-Ukrayna savaşında rəsmi Kiyevin Türkiyədən alınan “Bayraktar TB2” PUA-larından aktiv şəkildə istifadə edəcəyini deyib.
İqor Korotçenko
Ukrayna ilə Türkiyə arasındakı təmasların çoxalmasından danışan Korotçenko, rəsmi Kiyevin Ankaradan satın aldığı PUA-ların Ukraynada da istehsal edilməsini istədiyini bildirib.
“Mən inanıram ki, Ulrayna Donbassda baş verə biləcək müharibədə Türk PUA-larından aktiv istifadə edəcək. Donbassda son zamanlar silah səsləri yüksəlməkdədir, vəziyyət getdikcə ağırlaşır”, deyə rus hərbi ekspert qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Ruslan Khomchak fevralın 22-də etdiyi açıqlamada, vəziyyətin getdikcə pisləşdiyini bildirərək, ordunun hücuma hazır olduğunu deyib. /Avropa.info/