Britaniya və Avropa İttifaqı arasında danışıqlar martın 3-də başlayacaq
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında danışıqlar martın 3-də başlayacaq.
Aİ-nın Brexit danışıqları üzrə müşaviri Mişel Barniyer və Boris Consonun Brexit məsləhətçisi Devid Frostun rəhbərlik etdiyi rəsmilər danışıqları 10 ay müddətində davam etdirəcəklər.
Böyük Britaniya yanvarın 31-də – referendumdan təxminən dörd il sonra Aİ-ni tərk etməlidir.
Baş Nazir keçid dövrünü 2020-ci dekabrın 31-dən sonra uzatmayacağını söyləmişdi. Bu müddət ərzində Böyük Britaniya vahid bazarda və gömrük ittifaqında qalacaq(azərtac).
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: