Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • DÖVLƏT VERGİ XİDMƏTİNİN ƏMƏKDAŞLARI TUTULDU - Rüşvət alarkən yaxalanıblar
  • Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasında siyasi partiya nümayəndələri də təmsil oluna bilər
  • Korrupsiya ilə bağlı ən çox şikayət olan sahələr açıqlandı
  • Kamran Əliyev: “Vəzifəli şəxslərlə bağlı yayılan məlumatlar araşdırılır”
  • Korrupsiya idarəsi Masallıda əməliyyat keçirir - Baş həkim saxlanıldı
  • "Dövlətin 50, 100 milyonunu qamarlayan adama toxunmurlar. Niyə?"- “Rüşvət almayan nazirlərimiz də var...”

    • Tarix: 12-03-2021, 10:24



    II Qarabağ müharibəsindən sonra ölkəmizin əsas biri korrupsiya və rüşvətsiz cəmiyyət istiqamətində irəliyə addım atmaqdır. Son illər, aylar ölkədə korrupsiya ilə mübarizə sahəsində çox əhəmiyyətli hadisələr qeydə alınıb. Bunun nəticəsidir ki, bir neçə məmur həbs edilib, istintaqa dəvət olunanlar haqda məlumatlar dolaşır. 
    Bir neçə gün əvvəl isə Naxçıvan Muxtar Respublikasının iki sabiq nazirinin həbsi reallaşıb. Bütün bunlar korrupsiya ilə real mübarizənin təzahürləridir, yoxsa görünməyən başqa səbəblər var?
    Azpolitika mövzunu tanınmış jurnalist və siyasi şərhçi, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ilə müzakirə edib.
    Onunla müsahibəni təqdim edirik:


    - Qulu müəllim, Qarabağ savaşından sonra korrupsiyaya qarşı mübarizə ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib və bunun üçün əsaslar da var. Baş verənləri şübhəsiz ki, Siz də yaxından müşahidə edirsiniz. Sizcə, nə baş verir?

    - Korrupsiyaya qarşı mübarizənin getməsi çox vacibdir. Çünki korrupsiya bu ölkəni, dövləti və milləti geriyə salan, insanların psixologiyasını zədələyən və Azərbaycan iqtisadiyyatına ağır zərbə vuran sosial bəladır. Sözsüz ki, ona qarşı da mübarizə getməlidir. Bu, birmənalıdır. 

    - Həbslər aparılıb. Sabiq nazir Səlim Müslümovdan sonra Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər və təhsil nazirlərinin həbsini müşahidə etdik, o cümlədən bir sıra keçmiş məmurların istintaqa dəvət edilməsi haqda xəbərlər yeni deyil. Bu prosesi necə qiymətləndirmək olar?

    - Burada önəmli olan nəticədir. Kimlərsə hesab edə bilər ki, vəzifədə olduğu müddətdə bu dövlətin malını, pulunu və büdcəsini dağıdaraq, sonra da öz himayədarlarının müdafiəsindən istifadə edərək, topladıqlarını rahat şəkildə yeyəcək. Məncə, bu olduqca yanlış düşüncədir. Dövlətin büdcəsinə xəyanət edən, onun pulunu oğurlayan hər kəs cəzalandırılmalıdır. İndiki halda ən azından bu pullar geri qaytarılmalıdır. Çoxlu sayda məmur ordusu var ki, onların milyonları var.
    Yəni bunlar həmin pulu dövlətin büdcəsindən qazanıblar. Biznesmen deyillər ki, gedib ticarətlə məşğul olub zənginləşə bilsinlər. Əksinə, tutduqları vəzifələrini əmtəəyə çevirərək milyonlar qazanıblar.
    Ona görə də, zəhmət çəkib dövlətin pulunu dövlətə qaytarmalıdırlar. İndiki şəraitdə büdcəmiz bundan faydalanmalıdır. Hər halda bunlar az pullar deyil. Adi bir nazir, televiziya sədri, hansısa bir dövlət şirkətinin rəhbəri milyonlarla pulu yeyib-dağıdır, sonra da rahat şəkildə aradan çıxır. Əlbəttə, buna qarşı mübarizə aparılmalıdır.

    - Uzun illər büdcə vəsaitini mənimsəyən və sonradan vəzifəsindən azad edilən yüksək çinli məmurlardan bu pulları hansı mexanizmlər əsasında geri almaq mümkündür?

    - Mexanizmini deyə bilmərəm, amma onu bilirəm ki, bu pulları geri almaq olar, mümkündür və alınmalıdır. Əsas odur ki, məqsəd və istək olsun. Bunlar özləri üçün lazım olanda adamları elə həddə gətiriblər ki, rahatcana pul ala bilsinlər. Söhbət rüşvətdən gedir. Amma elə mexanizm, şəffaflıq mühiti yaradılmalıdır ki, bu pular dövlət büdcəsinə keçirilsin.
    Mən sizə konkret misal göstərə bilərəm. Məmməd İsmayıl dövlət televiziyasının (Az.tv) sədri olduğu zamanı orada texniki avadanlıq alışı zamanı oğurluq əməliyyatı aparılmışdı və sonradan məlum olmuşdu ki, 100 minlərlə dollar məbləğində korrupsiya faktı olub. Məmməd İsmayıl o adamları məcbur etdi ki, oğurladıqları pulları dövlətin kassasına keçirsinlər.
    Düzdür, onlara toxunmadılar, tutmadılar, amma oğurladıqlarını da geri aldılar.
    Zənnimcə, o zaman oğurladıqları da normal məbləğ idi. Yəni hər şey insanın əxlaq və məqsədindən asılıdır. Məqsəd pulları dövlət büdcəsinə qaytarmaq olacaqsa, bunu etmək mümkündür. Necə ki bəzən qarşılarına məqsəd qoyaraq o pulları həmin adamlardan çəkirlər, bunlar şəxsi ciblərə gedir və həmin insanları da himayə etməkdə davam edirlər.

    - Biz hansı metodu seçsək korrupsiyaya qarşı mübarizədə effekt əldə edə bilərik?

    - Bunun yolları çoxdur. Məsələn, Sinqapur və ya Gürcüstan təcrübəsi var. Başqa ölkələrdə də sınaqdan keçən təcrübələr mövcuddur. Hesab edirəm ki, Azərbaycanın indiki vəziyyətində, Qarabağ savaşından sonra böyük ruh yaranıb, coşqu var, insanlarda dövlətə və dövlət rəhbərlərinə inam yaranıb.
    Məncə, bu inamdan istifadə edərək korrupsionerləri və korrupsiya sistemini məhv edərək hər şeyi şəffaflıq işığına çıxarmaq lazımdır. Bir daha qeyd edim ki, dünyada təcrübələr var və bunlardan da bəhrələnmək olar.

    - Bəzi eksperlət hesab edirlər ki, həbslər aparmaqla bunun qarşısını almaq olmaz, ciddi ictimai və dövlət nəzarəti olmalıdır...

    - Əlbəttə, mexanizm kimi ictimai nəzarət mütləq olmalıdır. Şəffaflıq olmalıdır. Prezident də dəfələrlə deyib ki, ictimai nəzarət olmalıdır.
    Dünyada ən yaxşı ictimai mexanizm azad və müstəqil mediadır. Belə media müstəqil, obyektiv, qərəzsiz şəkildə prosesləri izləyərək araşdırmalar aparır.
    İkinci mexanizm vətəndaş cəmiyyəti nəzarətidir. Bu iki sistem ən mötəbər və effektiv nəzarət sistemidir.
    Bunların hər ikisi 10 il əvvəl elə zərbə alıb ki, hələ də özünə gələ bilmir. Media bu dəqiqə ələbaxandır. Çox az sayda media qurumu və jurnalistlər var ki, onlar sözün həqiqi mənasında dövlətin və ölkənin xeyrinə araşdırmalar aparmaq gücündədir.
    Yəni müstəqil düşüncələri var, tamahlarına sahiblik edə bilirlər, onu heç cür ələ almaq mümkün deyil. Eləcə də qeyri-hökumət təşkilatları.

    Hətta şəffaflıqla məşğul olan vətəndaş cəmiyyəti qurumları vardı, amma onların səsi çoxdandır ki, gəlmir. Məncə, bu iki mexanizm dünyada ən effektiv mexanizm sayılır və onları dirçəltmək, oksigenini artırmaqla ictimai nəzarət mexanizmini gücləndirmək olar.

    - “Azərbaycanda rüşvət almayan və rüşvət verməyən yoxdur” deyimi var. Yəni korrupsiya elə bəladır ki, bəzən insanlar könüllü ona təslim olurlar. Sizcə, cəmiyyətimiz də bu bəladan imtina etməyə hazırdırmı?...

    - Burada iki məqamı bir-birindən fərqləndirməyə ehtiyac var. Korrupsiya sistemdir, rüşvət onun bir elementidir. Korrupsiya daha geniş anlam daşıyır. Məsələn, 10 manat da, 50 manat da, bir milyon da rüşvət sayılır.

    Amma bu rüşvətin arxasında korrupsiya sistemi duranda - bu yığır ona, o yığır özündən böyüyə verir, yuxarıdakı vəzifəsindən sui-istifadə edərək dövlətin deyil, özünün və ya qohum-əqrabasının maraqları üçün qərarlar qəbul edir, dövlətin büdcəsindən nələrəsə maliyyə ayırır... Məncə, korrupsiya sistemi məhv olmalıdır. Rüşvət sanki psixologiyadır, mentalitetdir və təəssüflər olsun ki, cəmiyyəti yaralayan sosial bəladır.

    Başqa sözlə, rüşvəti də korrupsiya doğurur. Bu mənada korrupsiyanı geniş miqyasda düşünməliyik. Yoxsa korrupsiyaya qarşı mübarizə elan olunanda məktəb və ya bağça müəlliməsini tuturlar ki, bəs 100 manat rüşvət alıb. Lakin dövlətin 50, 100 milyonunu qamarlayan adama toxunmurlar. Niyə? Çünki onun sistemi onu müdafiə edir. Söhbət bu mexanizmi məhv etməkdən, ona qarşı mübarizə aparmaqdan gedir. Odur ki, mübarizənin əsas hədəfi korrupsiya olmalıdır.

    Mən ölkədə bütün məmurların rüşvət aldığını deyə bilmərəm. Ancaq onu bilirəm ki, şirkət rəhbəri, nazir və müavinlərin, yəni geniş səlahiyyəti olan adamların bu sahədə imkanları da genişdir. Bunlar təkcə öz uşaqları üçün "gün ağlamırlar", ağlasığmaz dərəcədə sərvət aşiqidirlər və bununla da məşğuldurlar. Məncə, bu artıq insan psixologiyası ilə bağlı məsələdir.
    Burada sosial şərtlər, sosial düşüncə də rol oynayır. Təəəssüflər olsun ki, mentalitet məsələsi də var. Həm də adamlar yaxşı başa düşürlər ki, vəzifə onlar üçün bir fürsətdir və bu fürsətdən bəhrələnməlidir.
    Çünki gördüyü, gözü qarşısında olan nümunələr budur. Eyni zamanda bizim yaxşı işləyən nazirlərimiz, çox az sayda şirkət rəhbərləri nümunələri də var ki, onlar qətiyyətlə korrupsiya ilə məşğul olmayıblar. Yəni dürüst adamlardır, əxlaqları buna yol vermir. Sizinlə o mənada razıyam ki, çoxu bu işlərlə məşğul olur. 

    - Son illər hakimiyyətdə kadr dəyişiklikləri gedir, gənclər daha çox önə çəkilir. Yeni gələnlərin köhnələrin yolu ilə getməməsi üçün nə çatmır?...

    - Mənə elə gəlir ki, ilk növbədə psixologiya və dünyagörüş dəyişməlidir. Bəli, son dövrlər cavan kadrlar irəli çəkilir. Onların içərisində mənim də tanıdıqlarım var. Tanıdıqlarım korrupsiya və rüşvətdən çox uzaq insanlardır, onlar yaxşı menecerlərdir, bilikləri, idarəçilik qabiliyyətləri var. Hər halda "köhnə qurdlardan" bir çox cəhətlərinə görə fərqlənirlər.
    Mənə elə gəlir ki, insanlar vəzifəyə təyin edilərkən dürüstlük, ləyaqət andı içməlidirlər ki, bu vəzifədən özlərinin şəxsi məqsədləri üçün deyil, dövlətin və millətin tərəqqisi üçün istifadə edəcəklər.
    Çox vacibdir ki, onların da üzərində ictimai nəzarət sistemi olsun. Hər halda atılan addımlar, yeni təyin olunan insanlar var ki, mən onlara çox böyük ümidlə baxıram.
    İçlərində tanıdığımız insanlar da var və onların atdığı addımlar məndə belə qənaət formalaşdırır ki, korrupsiyadan çox uzaq insanlardır. Yaxşı menecerlərdir, əla idarəçilik qabiliyyətləri var və o bataqlığa girməzlər. 

    - Bu illər ərzində oğurlanan pullarla yeni Azərbaycan qurmaq, işğaldan azad olunan ərazilərimizi bərpa etmək mümkün idi...

    - Əvvəla, ölkə Prezidenti son mətbuat konfransında dedi ki, hələlik bizə dəyən zərər hesablanır, eləcə də işğaldan azad edilən ərazilərdə işləri həyata keçirmək məqsədilə büdcədən 2,2 milyard vəsait ayrılıb. Bizə bu işləri görmək üçün hələ çox vəsait lazım olacaq. Bütün rayonları abad etmək mümkün olmasa da, Azərbaycandan oğurlanan pullarla xeyli iş görmək olar.
    O cümlədən də rayonların bərpasını həyata keçirmək olar. Mən bu qənaətdəyəm və media araşdırmalarından gəlinən nəticə belədir ki, çox pul oğurlanıb. Həmin pullar büdcəyə qaytarılsa, təqaüdlər artırıla bilər, metro ilə gedən professorların maaşını artırmaq olar, elmə və təhsilə kifayət qədər kapital yatırtmaq mümkündür...

    Vaqif NƏSİBOV

    Oxunub: 445
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.