Dələduzluqda təqsirləndirilən vəkil məhkəmə zalında həbs olunub
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Report xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
R.Əkbərovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
R.Əkbərov Vəkillər Kollegiyasının üzvü olub və bir müddət əvvəl fəaliyyəti dayandırılıb.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: