"Müharibədən sonra 1500-ə yaxın cinayət işi başladılıb..." -
180 hərbçi saxlanılıb, 500-dən çox...
İkinci Qarabağ müharibəsi ilə bağlı Ermənistanda bu günə qədər 12 500-dən çox insanın cəlb olunduğu 1500-ə yaxın cinayət işi başladılıb.
Bu barədə yerli “Joxovurd” nəşri yazıb.
Məlumata görə, cinayət işləri İstintaq Komitəsində araşdırılır.
“Üstəlik, bu cinayət işləri üzrə 180 hərbçi saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb olunub. İki yüksək rütbəli zabit daxil olmaqla 12 komandir cinayət məsuliyyətinə cəlb edilib", - deyə məlumatda vurğulanıb.
Oxunub: 339
Xəbəri paylaş
Paylaş: