Ermənistan əhalisinin yalnız 9 faizi Qarabağın taleyi ilə maraqlanır

ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (International Republican Institute) Ermənistanda ictimai rəy sorğusu keçirib.
Ermənistanın zham analitik informasiya agentliyinə bildirir ki, sorğu fevralın 8-16-da 1910 vətəndaş arasında keçirilib.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 45%-i hesab edir ki, Ermənistan yanlış istiqamətdə gedir, digər tərəfdən isə həmin sorğular nəticəsində, təxminən 42% hər hansı bir qüvvəyə səs verməyə hazır deyil. Agentlik qeyd edir ki, Yerevanda bu göstərici 50% təşkil edir.
KİV Ermənistanda rəyi soruşulanların 28% - nin iqtisadi vəziyyəti və işsizliyi əsas problem hesab etdiyinə diqqət çəkir. Ümumilikdə Qarabağ məsələsi insanların yalnız 9% -ni, millət və sərhəd problemləri 5% -ni, Ermənistanın milli təhlükəsizlik məsələsi isə 3% -ni maraqlandırır.
Sorğunun nəticələrini yekunlaşdıraraq qeyd etmək olar ki, Ermənistan cəmiyyətinin böyük əksəriyyəti sosial-iqtisadi problemlərlə maraqlanır. Üstəlik, insanların tam yarısı Ermənistanın səhv istiqamətdə inkişaf etdiyini düşünür.
Ancaq eyni zamanda, insanlar baş nazir Nikol Paşinyana həqiqi bir alternativ görmürlər, çünki müxalifət elitasının küçədə dayanan hissəsi cəmiyyətin əksəriyyəti üçün maraq kəsb etməyən məsələ və mesajlarla çıxış edir./virtualaz.org
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: