Britaniya ordusunu gücləndirir - 80 milyard funt sterlinq ayrılacaq

Britaniya hökuməti silahlı qüvvələrin modernləşdirilməsinə növbəti dörd il ərzində 80 milyard funt sterlinq ayıracaq.
Bu barədə “Daily Telegraph” xəbər yayır.
Qəzetin yazdığına görə, Britaniya hökuməti əlindəki silahları təkmilləşdirməyə hazırlaşır. Bildirilir ki, söhbət xüsusilə “Challenger 2” quru qüvvələrinin əsas tankının modernləşdirilməsindən gedir.
Londonun güclü silah arsenalı yaratmaq planlarının olduğu da qeyd olunur.
Xatırladaq ki, fevral ayında Britaniya ordusunun kadr çatışmazlığı ilə üzləşməsi xəbəri yayılıb.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: